AccessBank da kütləvi ixtisarlar baş verib.
Bu barədə bankdakı mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, apreldə bankın 600 əməkdaşı ixtisar edilib.
İxtisarlara səbəb bankın gəlirlərinin əvvəlki illərə nisbətən qat-qat aşağı
düşməsi, pullarını banklarda saxlayan şəxslərin kütləvi formada banklardan
pullarını geri çəkməsi, kredit alanların kəskin şəkildə azalmasıdır.
Mənbənin sözlərinə görə, eyni zamanda bankın 14 filialı da qadılıb. İlin sonuna
kimi bankın lisenziyasının geri alınması və rəsmən müflis olacağı gözlənilir.
Bankın xarici təsisçiləri də artıq banka kənarda sərmayə cəlb etmək iqtidarında
deyil - deyə mənbə vurğulayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul
2016-cı il tarixli qərarına əsasən, 4 bankın- "Dekabank” ASC, "Kredobank” ASC,
"Parabank” ASC və "Zaminbank” ASC-nin bank lisenziyalarının ləğv edilməsilə Azərbaycanda
bankların sayı 37-dən 33-ə düşüb.
Manatın kəskin devalvasiyasına qədər ölkədə 45 bank fəaliyyət göstərib. (istiqlal.az)