Banklarda dollar krediti olanların diqqətinə! - Konstitusiya Məhkəməsi yenidən baxacaq

Banklarda dollar krediti olanların diqqətinə! -  Konstitusiya Məhkəməsi yenidən baxacaq
ÖZƏL
14:32 27.08.2018
4430

Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin ("Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) şərh edilməsini xahiş edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ekspert Əkrəm Həsənov sosial şəbəkədə yazıb. O, sözügedən maddəni şərh edərək qeyd edib ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir: "Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.

Bu maddəyə əsasən artıq 3 ildir ki, biz deyirik ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir və buna görə də xarici valyutada krediti olan şəxsə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi hüququnu verir. Lakin verdiyimiz yüzlərlə iddialarda məhkəmələr bu arqumenti, bir qayda olaraq, qəbul etməmişdir. Hakimlərin də arasında ciddi fikir ayrılığı var və Bakı Apellyasiya Məhkəməsi də müraciətində bunu xüsusi vurğulayıb. Buna görə də, Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoyulub:

 

1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?

3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?

Əslində, ilk 2 sualın cavabı ritorikdir. Çünki iştirakçıların bərabərliyi prinsipi istənilən mülki müqaviləyə xasdır və o, rəhbər tutulsa, belə çıxır ki, heç bir mülki əqd üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi institutu tətbiq edilə bilməz. Bəs onda qanuna niyə daxil edilib? Axı niyə bu institutu guya məhz kredit münasibətlərinə tətbiq etmək olmaz? Əlbəttə, olar və edilməlidir də!

O ki qaldı sonuncu suala, məsələ birmənalı deyil. Kredit müqaviləsi ləğv edildikdə, borclunun krediti necə qaytarması (hansı məzənnə ilə) məsələsi yenə də açıq qalır. Ümumiyyətlə, sualın özü yarımçıqdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi borcluya müqaviləni yalnız ləğv etmək deyil, həmçinin şərtlərinin (məsələn, devalvasiya halında məzənnəni və s.) dəyişdirilməsi hüququnu da verir. Lakin nədənsə müraciətdə bu hüquq xatırlanmır, halbuki, əsas məsələ məhz budur. Ümid edək ki, Konstitusiya Məhkəməsi məsələyə daha geniş yanaşacaq”.

Qeyd edək ki, müraciət bu ilin may ayının 30-da Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev tərəfindən imzalanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək