İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı altıya çatıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.
Üçü ağır olmaqla 13 nəfər yaralanıb, dağıntılar altında qaldığı ehtimal edilən 8 nəfərin axtarışları aparılır.
Axtarış, xilasetmə tədbirləri davam etdirilir.
İlkin məlumatda partlayışda 3 nəfərin öldüyü,14 nəfərin yaralandığı, dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışlarının aparıldığı açıqlanmışdı.











































