Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb

Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb
DÜNYA
11:04 09.11.2026
63
Polşanın Krakov meydanında silahlı hücumla altı nəfəri qətlə yetirən şəxs xəstəxanada ölüb.

Bu barədə yerli polis orqanı məlumat yayıb.

Məlumata görə, Polşa sakini polis əməkdaşları ilə atışma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 8 noyabrda Krakovda bazar meydanında avtomobildən yoldan keçənlərə atəş açılıb. Altı nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralananlar arasında iki polis məmuru, Rusiya, Britaniya vətəndaşları da olub.

Hücumun motivi məlum deyil. Polşa Baş nazir Donald Tusk hadisəni terror aktı adlandırıb.

Daha sonra hücum edən şəxsin evində üç nəfərin meyiti tapılıb. Onların silahlı şəxsin ailə üzvləri olduğu bildirilib.

Hadisə ilə əlaqədar Polşada iki günlük milli matəm elan olunub.
OXŞAR XƏBƏRLƏR