İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var

İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var
DÜNYA
16:27 09.11.2026
97
İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı altıya çatıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

Üçü ağır olmaqla 13 nəfər yaralanıb, dağıntılar altında qaldığı ehtimal edilən 8 nəfərin axtarışları aparılır.

Axtarış, xilasetmə tədbirləri davam etdirilir.

İlkin məlumatda partlayışda 3 nəfərin öldüyü,14 nəfərin yaralandığı, dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışlarının aparıldığı açıqlanmışdı.
OXŞAR XƏBƏRLƏR