AccessBank filial şəbəkəsini genişləndirir: Sayca 36-cı filial artıq Balakəndə!

AccessBank filial şəbəkəsini genişləndirir: Sayca 36-cı filial artıq Balakəndə!
İQTİSADİYYAT
13:28 05.05.2025
961

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində liderlik edən AccessBank, müştərilərinə daha yaxın olmaq və onlara operativ, yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə 2025-ci il üzrə inkişaf planına uyğun olaraq filial şəbəkəsini genişləndirməyə davam edir.

Bankın sayca 36-cı yeni filialı Balakən şəhərinin Heydər Əliyev prospektində yerləşir və müasir standartlara cavab verən bank xidmətləri təklif edir. Filialda mikro və aqro kreditlər daxil olmaqla müxtəlif kredit məhsulları, istehlak kreditləri, əmanətlərin qəbulu, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər geniş spektrli bank xidmətləri təqdim olunacaq.

"Filial şəbəkəsinin genişləndirilməsi – AccessBank-ın regionlardakı fəaliyyətini gücləndirməyə, müştərilərimizə daha əlçatan və effektiv xidmət göstərməyə, həmçinin yerli biznesin inkişafını dəstəkləməyə yönəlmiş siyasətimizin prioritet istiqamətidir.  Balakən filialının açılması ilə AccessBank-ın filiallarının sayı 36-ya çatdı və bu, 2025-ci ildə nəzərdə tutulan genişlənmə planımız çərçivəsində ilk addımdır. Məqsədimiz – Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və biznes subyektlərinə müasir və keyfiyyətli maliyyə xidmətləri təqdim etməkdir”, - bunu AccessBank-ın İdarə Heyətinin üzvü və Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
20:02 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video