Müsabiqənin mərhələləri aşağıdakı kimidir:
-
15 oktyabr–15 noyabr 2025 – Müraciətlərin qəbulu üçün son tarix
-
17–23 noyabr 2025 – Xüsusi komitə tərəfindən 20 uyğun biznes layihəsinin seçilməsi
-
24–30 noyabr 2025 – Seçilmiş layihələrin təqdimat mərhələsinə hazırlıq prosesi
-
2–15 dekabr 2025 – 10 finalçı layihənin müəyyənləşdirilməsi və təqdimata hazırlıq
Daha ətraflı məlumat almaq üçün linkə keçid edin: https://www.accessbank.az/az/biznes/bizdenbiznese/
AccessBank innovativ ideyaların gerçəkləşməsinə və yeni bizneslərin yaranmasına dəstək missiyasını davam etdirir, gələcəyin sahibkarlarını bu təşəbbüsün bir parçası olmağa dəvət edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.