AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $10 milyon kredit cəlb edib

AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $10 milyon kredit cəlb edib
İQTİSADİYYAT
11:29 15.12.2025
674

Azərbaycanın mikro, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsi sahəsində aparıcı kredit təşkilatlarından biri olan və 250 000-dən çox müştəriyə xidmət göstərən AccessBank, responsAbility Investment AG ilə əməkdaşlığını genişləndirərək, üç il müddətinə 10 milyon ABŞ dolları məbləğində kredit cəlb edib. Kredit responsAbility tərəfindən idarə olunan iki maliyyə inklüzivliyi fondu vasitəsilə maliyyələşdirilib.

Bu kreditləşmə AccessBank-ın cari il ərzində ümumi borclanma həcmini 22,5 milyon ABŞ dollarına çatdırır və əvvəlki maliyyə vəsaitlərinin uğurla təkrar kreditləşdirilməsindən sonra Bank ilə responsAbility arasında əməkdaşlığın daha da möhkəmləndiyini göstərir. Bu, həmçinin responsAbility-nin AccessBank-a davamlı etimadının bariz göstəricisidir.

Cəlb olunan vəsaitlər Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsinə, o cümlədən Bankın əsas prioritetlərindən biri olan mikrokreditlərin maliyyələşdirilməsinə sərf olunacaq.

responsAbility dünyada impact-investisiyalar sahəsində aktivlərin idarə edilməsi və inkişaf yönümlü investisiya şirkətləri arasında aparıcı qurumlardan biri kimi tanınır. Şirkət əsasən inkişaf edən və yüksələn bazarlara yönəlmiş biznes modellərinə malik özəl şirkətləri hədəfləyən xüsusi borc və kapital yerləşdirmələri təklif edən müxtəlif investisiya alətlərini idarə edir.  2003-cü ildə təsis olunduğu gündən responsAbility 17,1 milyard ABŞ dollarından artıq impact-investisiyalar həyata keçirib. 30 sentyabr 2025-ci il tarixinə olan məlumata görə, şirkət 5,4 milyard ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin altı ofisdə 280-dən çox əməkdaşı var və portfeli təxminən 70 ölkədə fəaliyyət göstərən 330-a yaxın şirkəti əhatə edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-i bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"