AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib

AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İQTİSADİYYAT
14:41 03.05.2024
443

Sizin yerli Avropa bankınız AccessBank, öz investoru - nüfuzlu beynəlxalq maliyyə institutu olan responsAbility Investment AG ilə Kredit Müqaviləsinin imzalandığını elan edir.

AZXEBER.COM xəbər verir ki, razılaşmaya əsasən responsAbility Investment AG tərəfindən idarə olunan iki maliyyə fondu ilə 3 il müddətinə - 3 milyon ABŞ dolları və 2 milyon ABŞ dolları dəyərində iki Kredit Müqaviləsi təsdiqlənib. Cəlb edilən vəsaitlər Azərbaycanda sahibkarlığın təşviqi və inkişafına yönəlmiş təşəbbüslərə, o cümlədən Bankın əsas prioritet istiqamətlərindən olan mikrokreditlərin maliyyələşdirilməsinə yönəldiləcək.

"İnvestorumuz olan responsAbility Investment AG-dən aldığımız bu maliyyə dəstəyini çox yüksək qiymətləndiririk. Bu razılaşma yalnız biznes əməliyyatı deyil, həm də qarşılıqlı etimad və bankımızınAzərbaycanda sahibkarların imkanlarının genişləndirilməsi siyasətinə sadiqliyimizin bariz nümunəsidir. Cəlb edilən vəsaitlər hesabına biz regionda iqtisadi artım və inkişafı təşviq etmək üçün təşəbbüslərimizi daha da gücləndirəcəyik. Hər bir kredit yeni üfüqlərə çatmaq üçün bir fürsətdir və biz bu səyahətin bir hissəsi olmaqdan qürur duyuruq. Məqsədimiz müştərilərimiz üçün maliyyə sabitliyi və inkişaf yolunda etibarlı tərəfdaş olmaqdır”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.

 

responsAbility Investment AG dünyada aktivlərin idarə edilməsi və inkişafa yatırımlar edən aparıcı şirkətlərindən biridir. Şirkət inkişaf etməkdə olan iqtisadiyyatlarda müxtəlif investisiya mexanizmlərinin idarə edilməsin həyata keçirir.

AccessBank-la imzalanan Kredit Müqaviləsi şirkətin bankın siyasətinə və potensialına etibarını əks etdirir.

responsAbility Investment AG 70 ölkədə 250-dən çox şirkətə sərmayə qoymuş 4,5 milyard ABŞ dollarından çox aktivə malikdir.

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.

 

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib