AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib

AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
İQTİSADİYYAT
11:18 20.05.2026
365

AccessBank qadınların biznes mühitində daha fəal iştirakını təşviq etmək və sahibkarlıq bacarıqlarının inkişafına dəstək vermək məqsədilə həyata keçirdiyi "Access2Success” layihəsinin 2026-cı il üzrə ilk regional tədbirini Quba şəhərində təşkil edib.

Tədbir müxtəlif fəaliyyət sahələrini təmsil edən qadın sahibkarları bir araya gətirərək təcrübə və bilik mübadiləsi üçün səmərəli platforma rolunu oynayıb. Proqram çərçivəsində iştirakçılar biznesin idarə olunması, mövcud bazar tendensiyaları və inkişaf perspektivləri ilə bağlı aktual mövzular ətrafında müzakirələr aparıblar. İnteraktiv formatda keçirilən görüş zamanı sahibkarlar yeni işgüzar əlaqələr qurub, potensial əməkdaşlıq imkanlarını dəyərləndirib və biznes şəbəkələrini genişləndirmək imkanı əldə ediblər.

Layihə çərçivəsində AccessBank-ın mütəxəssisləri tərəfindən biznes idarəçiliyinin əsas istiqamətlərini əhatə edən təlim sessiyaları keçirilib. Sessiyalarda maliyyə savadlılığı, sahibkarlıq fəaliyyətinin hüquqi əsasları, marketinq alətləri və şəxsi brendin formalaşdırılması kimi mövzulara xüsusi diqqət ayrılıb. Görüş zamanı iştirakçılar bizneslərinin inkişafı, satış imkanlarının genişləndirilməsi və bazarda daha dayanıqlı mövqenin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Təlim proqramının sonunda iştirakçılara AccessBank tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, AccessBank "Access2Success” layihəsinə 2022-ci ildə start verib. Layihə indiyədək Bakı şəhəri və regionlarda yüzlərlə qadın sahibkarın biznes biliklərinin və liderlik bacarıqlarının artırılmasına dəstək göstərib. Proqram çərçivəsində iştirakçılar strateji planlaşdırma, satış və marketinq, elektron ticarət, insan resurslarının idarə olunması, hesabatlılıq və digər biznes yönümlü sahələr üzrə praktiki biliklər əldə ediblər.

AccessBank qadın sahibkarlığının inkişafına dəstəyini davam etdirərək regionlarda biznes mühitinin gücləndirilməsinə və sahibkarların dayanıqlı inkişafına töhfə verməyə davam edir. 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
19:21 21.07.2026
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
19:07 21.07.2026
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?