Açıq məkanda da maska taxmayanlar 100 manat məbləğində cərimələnəcək

Açıq məkanda da maska taxmayanlar 100 manat məbləğində cərimələnəcək
SOSİAL
15:44 19.11.2020
2373
Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.

AZXEBER.COM-un məlumatına görə, qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu