Ağciyər İnstitutunda daha bir xəstə öldü

SOSİAL
14:39 30.05.2020
383

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

AZXEBER.COM xəbər verir ki, 1960-cı il təvəllüdlü xəstə mayın 27-i saat 15:40-da ETACXİ-yə daxil olub. 

Xəstə həkim müayinəsindən keçərək aidiyyəti üzrə şöbəyə yerləşdirilib və zəruri müalicə tədbirləri seçilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, ağciyər ödəmi, ağciyər vərəmi, ÜXÇ, sinus taxikardiuası, durğunluq pnevmoniyası ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiq edib.

OXŞAR XƏBƏRLƏR