Salyan rayonunda 26 yaşlı gəncin heyvanlarla birlikdə yoxa çıxmasının bəzi təfərrüatı məlum olub.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs heyvanları özü aparıb. Ümumilikdə itdiyi iddia olunan xırdabuynuzlulardan 54-ü qoyun, 30-u keçi olub. 71 baş heyvan tapılsa da, məlum olub ki, R.Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.
Məlumata görə, bu, R.Rüstəmovun törətdiyi ilk hadisə deyil, o, əvvəllər də eyni hadisəni törədib və sonradan evə qayıdıb.











































