Acun Ilıcalının keçmiş bacanağı da saxlanıldı

Acun Ilıcalının keçmiş bacanağı da saxlanıldı
DÜNYA
14:20 19.03.2025
197
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı başladılan istintaq çərçivəsində 100-ə yaxın adam saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında "TV8”in rəhbəri Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bacısı Kübra Subaşı ilə evli olan Merthan Açıl da var.
 
Onun rəhbərlik etdiyi şirkətin İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən elan edilmiş 335 milyon lirə dəyərində tenderlərin qalibi olduğu, və bu tenderlərin növbədənkənar həyata keçirildiyi iddia olunur.
 
Qeyd edək ki, Merthan Açılın sədrlik etdiyi şirkət 2023-2024-cü illər arasında İMM-in törəmə şirkəti olan Kültür A.Ş.-dən 334 milyon 718 min 500 lirəlik tender alıb. Bu tenderlərin hamısı müstəsna tenderlər kimi keçirilib.
 
Aysel


OXŞAR XƏBƏRLƏR