Ad gününə hazırlaşırdılar, yas çadırı qurdular

Ad gününə hazırlaşırdılar, yas çadırı qurdular
Bütün Xəbərlər
13:18 14.01.2015
6499
İmişli rayonunda 12 yaşlı İmaməddin Allahverdiyev dünyaya gəldiyi gündə dünyasını dəyişib.
AZXEBER.COM  El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, onu maşın vurub. Hadisə rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb. İmişli sakini Sabit Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən İmaməddin Allahverdiyevi vurub. Sürücü və uşağın yaxınları onu xəstəxanaya çatdırsalar da, İmaməddin Allahverdiyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən Sabit Quliyev polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR