ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – Xeyriyyə məqsədli festival keçirilib

ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – Xeyriyyə məqsədli festival keçirilib
İQTİSADİYYAT
12:48 03.11.2025
191
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız festivalı – Məhsul bayramı böyük coşqu ilə qeyd edilib.

AZXEBER.COM xəbər verir ki, tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramı bu gün də bolluğun, ruzinin, bərəkətin və birliyin simvolu kimi qeyd olunur. Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik adətlərimizi yaşatmaq və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirmək olub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət rəsmiləri, ADA Universitetinin və ADA Məktəbinin müəllimləri, tələbələri, tərəfdaş şirkətlər, valideynlər və məzunlar bir araya gəliblər.

Məhsul bayramının açılışında çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayaraq, müxtəlif sahələrdən olan insanların bu bayramda ümumi məqsəd ətrafında bir araya gəldiklərini vurğulayıb. O, hər il miqyası və əhatə dairəsi genişlənən bu vacib təşəbbüsün gələcəkdə də davamlı olacağına inandığını qeyd edib.

Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov bildirib ki, şirkət olaraq böyük məmnunluqla belə tədbirlərdə iştirak edirlər. VŞQ-nin təsisçisi həmçinin qeyd edib ki, keçmişimizə, millətimizin tarixinə, mədəniyyətimizin inkişafına xidmət edən bu cür təşəbbüslər mütləq mənada dəstəklənməlidir. 

Rəsmi hissədən sonra tədbir rəngarəng bədii proqramla davam edib. ADA Universitetinin tələbələri və məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar, musiqi və rəqs ifaları bayram ab-havasını daha da canlandırıb. Tədbirə ADA ailəsinin üzvü, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın musiqili çıxışı isə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.

Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olunub. Yığılan vəsait ADA İbtidai Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə seçiləcək təhsil məqsədli sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüslər Məhsul bayramının mənəvi dəyərini daha da artıraraq paylaşma və xeyirxahlıq ruhunu yaşadır.

Ötən il keçirilən Məhsul bayramı zamanı toplanan vəsait 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsində təşkil olunan təhsil layihələrinin reallaşdırılmasına sərf edilib.

Əsas və daimi tərəfdaş kimi Veysəloğlu Şirkətlər Qrupu, o cümlədən "Veysəloğlu Distribusiya”, "Ulduz”, "Araz” supermarketlər şəbəkəsi, "Oba” marketlər şəbəkəsi, "Xonça” və "Rossmann” şirkətləri, həmçinin ADA Universitetinin əməkdaşlıq etdiyi "Paul”, "Fryday”, "Cinnabon”, "Şahdağ-E Arıçılıq”, "Absheron Olive Garden”, "Maxprint” və "Referans Medical Group” kimi şirkətlərin dəstəyi ilə keçirilən bu bayramda, ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək, şirniyyat və digər yerli istehsal nümunələri ilə yanaşı, qeyri-qida məhsulları da satışa çıxarılıb.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi