Adam öldürən avtobus sürücüsü beynəlxalq axtarışa verildi

Adam öldürən avtobus sürücüsü beynəlxalq axtarışa verildi
Bütün Xəbərlər
15:21 24.02.2016
1223
Azərbaycan İnterpola müraciət edib.
Azərbaycan hüquq-mühafizə orqanları daha bir nəfəri beynəlxalq axtarışa verib.
AZXEBER.COM  xəbər verir ki, APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Telman Allahverdiyev yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir.
O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, T.Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib.
Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi “Daewoo” markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində R.İsmayılov hadisə yerində ölüb.
OXŞAR XƏBƏRLƏR