Ağdam rayon İcra Hakimiyyəti ittihamları əsassız adlandırdı
Bütün Xəbərlər
17:34 03.09.2012
2345
Ağdam rayon İcra Hakimiyyəti son günlər rayon rəhbərliyi haqqında yayılan qərəzli yazılara etiraz edir Ağdam Rayon İcra Hakimiyyəti son günlər müxtəlif informasiya agentliklərində “İcra başçısı avropalı deputatların suallarını cavablandıra bilmədi” adı altında yayımlanan, heç bir həqiqətə uyğun olmayan böhtan xarakterli yazılara qəti şəkildə etiraz edir. Bu tipli yazılar təmas xəttində yerləşən bir rayonda görülən işlərə kölgə salmaq, ictimai rəyi çaşdırmaq məqsədi daşıyaraq tamamilə qərəzlidir. Bildiririk ki, sentyabr ayının 1-də rayonumuzda səfərdə olan avropalı parlamentariləri ilə görüşdə rayon rəhbərliyi tərəfindən qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat verilmiş, onları maraqlandırın suallar cavablandırılmışdır. Bu cür səfərlərdə az da olsa xidmətimiz nəticəsində onlar öz bəyanatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə narahatçılıqlarını bildirmiş, bu işlə bir başa məşğul olan 20 illlik fəaliyyətlərində dönüş yarada bilməyən ATƏT-in Minsk qrupunu səmərəsiz bir qrup adlandırmışlar. Bildiririk ki, bu cür yalan məlumatları yayan qüvvələr Ağdam rayonunun sürətli inkişafını həzm edə bilməyən, yalan, böhtan, qərəzli məlumatlar yaymağı özünün peşə fəaliyyətinə çevirən insanlarıdı.