Ağdam sakini zəhərlənərək ölüb

Ağdam sakini zəhərlənərək ölüb
Bütün Xəbərlər
20:30 21.11.2013
596

Ağdam rayon sakini zəhərlənərək ölüb.

Rayonun Əhmədağalı kənd sakini Abbasov Yadigar Novruz oğlu, əvvəllər içərisində kimyəvi rəng olmuş dəmir çəlləyi elektrik kəsicisi ilə kəsmək istəyərkən yaranmış tüstü və qazdan zəhərlənib. Onu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırmağa çalışsalar da, yolda dünyasını dəyişib.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarında araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR