"Adama ağzını açmağa imkan vermirlər" - Kəramət müxalifət haqda danışdı

"Adama ağzını açmağa imkan vermirlər" - Kəramət müxalifət haqda danışdı
SOSİAL
15:41 22.10.2025
275
Yazıçı Kəramət Böyükçöl ilə siyasətçi İlqar Məmmədov arasında qalmaqal yaşanıb.

Hadisə sosial mediada yayılan paylaşımlardan sonra gündəmə gəlib. Kəramət Böyükçöl bildirib ki, bir neçə gün əvvəl Elmlər Akademiyası yaxınlığında İlqar Məmmədovla qarşılaşıb. Kəramətin yazdığına görə İlqar Məmmədov ondan soruşub ki, daha niyə məndən yazmırsan? O isə cavab verib ki, ölünün dalınca damışmıram. Bu paylaşım sosial şəbəkələrdə müxtəlif şərhlərə və mübahisələrə səbəb olub. İlqar Məmmədov isə Kəraməti hökümətin adamı adlandırıb. 

AZXEBER.COM xəbər verir ki, yazıçı Kəramət Böyükçöl baş verən qalmaqalla bağlı LAF TV-də aydınlıq gətirib.

O bildirib ki, o gün İlqar Məmmədovu Elmlər Akademiyasının yanında görüb:

"Üz-üzə gəldik. Baxışlarından hiss etdim ki, sanki məndən soruşur: "Artıq niyə məndən yazmırsan?” Elə buna görə o statusu paylaşmışdım. Sonra hər tərəfdən üstümə gəldilər. Mən hələ "SƏS” kitabının çap pulunu da verməmişəm. Belə "hakimiyyət adamı” olarmı? Allah kəssin belə hakimiyyət adamı olmağı. Sabahdan axşama kimi soyuğun altında dayanıb gözləyirəm ki, bəlkə kimsə gəlib kitab alar. Pulu olan adamın üzündən bilinir. İnanın, əgər bilsələr ki, Kəramət "hakimiyyət adamıdır”, kitablarım daha çox satılar. Dövlət, bəlkə də, müxalifət qədər mənə aqressiv deyil”.

Kəramət deyib ki, Azərbaycan cəmiyyətində sistem hamını yerbəyer edib:

"Hər kəsin ağzını açanda nə danışacağı bəllidir. Mən isə bu sistemin heç bir yerinə uyğun gəlmirəm. Onlar məni hara qoyacaqlarını bilmirlər. Ona görə də mən onlar üçün həm gözlənilməz, həm də etibarsız adamam. Onlar üçün etibarlı adam rəhbərinin dediyini tutuquşu kimi təkrarlayandır. Cəmiyyətdə hansısa hadisə baş verəndə həm müxalifətin, həm də hakimiyyətin nə deyəcəyi əvvəlcədən bəllidir. Amma Kəramətin nə deyəcəyi onlar üçün bəlli olmur. Yazıçının sözü cəmiyyətdə təsir yaratmalıdır.

Bir status yazmışdım: "Ramiz Mehdiyevin çevriliş planına görə, Əli Kərimli yenə müxalifət lideri olacaqmış.” Buna görə hamı tökülüb üstümə. Adama ağzını açmağa imkan vermirlər. Elə bil, əvvəlcə gedib onlardan icazə almaq lazımdır ki, sonra danışasan”.

Yazışı Ramiz Mehdiyev haqda da danışıb: 

"Kim Azərbaycan dövlətinə, onun ərazi bütövlüyünə xəyanət edibsə, təbii ki, bağışlanmazdır. Amma bu gün ölkədə elə bir vəziyyət yaranıb ki, hakimiyyət haqlı olanda belə, yazmaq olmur. Bunu bəzi adamlar yaltaqlıq kimi qəbul edirlər. Ərazi bütövlüyünün bərpa olunmasına sevinənlərə "yaltaqlanır” deyirlər. Mən vaxtilə Ramiz Mehdiyevlə bağlı söz deyə bilmirdimsə, indi nə deyim?”

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
21:58 27.10.2026
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib