Ağdamda 47 yaşlı kişini evakuator vurub öldürdü

Ağdamda 47 yaşlı kişini evakuator vurub öldürdü
HADİSƏ
20:08 09.04.2025
361
Ağdamda evakuator piyadanı vuraraq öldürüb.
 
AZXEBER.COM  "Qafqazinfo"ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Dördyol-2 qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Isuzu” markalı evakuator yolu keçən Ağdam rayon Güllücə kənd sakini 1978-ci il təvəllüdlü Məhəmməd Qurbanovu vurub. Nəticədə M.Qurbanov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.
OXŞAR XƏBƏRLƏR