Ağdamda azyaşlı qız faciəli şəkildə öldü

Ağdamda azyaşlı qız faciəli şəkildə öldü
SOSİAL
14:22 12.09.2019
6090

Ağdam rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb. 

 

Rayon sakini, 12 yaşlı G.H. bacısı ilə yelləncəkdə yellənərkən yıxılıb və başı daşa dəyib. Burnundan qan açılan G.H. yaxınları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daha sonra vəziyyəti ağır olduğu üçün Gəncə şəhərinə göndərilib. Həkimlər onun həyatını xilas edə bilməyib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR