Ağdamda güclü dolu əkin sahələrinə ziyan vurdu

Ağdamda güclü dolu əkin sahələrinə ziyan vurdu
Bütün Xəbərlər
18:15 28.03.2014
871
Bu gün Qarabağ bölgəsində hava şəraiti kəskin dəyişib. 
APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdamın cəbhəyanı yaşayış məntəqələrində, həmçinin Qarqar və Xaçın çayları boyunca yerləşən kəndlərdə güclü dolu yağıb.
Ağdamın Əhmədağalı və Çıraqlı kəndlərinin sakinlərinin sözlərinə görə, təqribən 5 dəqiqə müddətində düşən dolu əkin sahələrinə zərər vurub. 
Hazırda əraziyə güclü yağış yağır.
OXŞAR XƏBƏRLƏR