Ağdamda pambıq yüklü traktor aşıb, xəsarət alan var

Ağdamda pambıq yüklü traktor aşıb, xəsarət alan var
SOSİAL
18:00 27.11.2025
78
Ağdamda pambıq daşıyan traktor aşıb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Pambıqla yüklənmiş iki qoşqulu traktor idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində traktorçu Elman Temirov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR