Xəbər verdiyimiz kimi, oktyabrın 11-də saat 21:30 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə AZXEBER.COM-a TƏBİB-dən xəbər verilib.
Qeyd edilib ki, 1995-ci il və 2001-ci il (2 nəfər) təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin küt travmaları, sınıqları və sıyrılmış yaraları diaqnozları təyin olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1995-ci il və 2001-ci il təvəllüdlü şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Vəziyyəti orta ağır qiymətləndirilən digər 2001-ci il təvəllüdlü şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.