Ağdamın işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
APA-nın yerli müxbiri xəbər verir ki, qəza zamanı xəsarət alanlar 1998-ci il təvəllüdlü Soltanov Fərid Əlibala oğlu və 1992-ci il təvəllüdlü Hacıyev Elvin Murad oğludur.
Qeyd edək ki, xəsarət alanlar Bərdə Rayon Diaqnostika Mərkəzinə göndərilib. Faktla bağlı araşdırma davam edir
Qeyd edək ki, yaralılar Ağdamın işğaldan azad edilmiş ərazilərində tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşlarıdır.