Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub.
İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı "Niva” markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.












































