Adamın adamı-Zaur Baxşəliyev (KÖŞƏ)

Adamın adamı-Zaur Baxşəliyev (KÖŞƏ)
KÖŞƏ
19:43 24.11.2011
3788
Məmləkətimizdə hara tərpənsən gərək adamın ola. Hətta "tolkuçka"da arvad tumanı satsan belə, gərək adamın ola ki, "uçaskovı" tez-tez gəlib sənə "ilişməsin". Amma bu günlərdə adamın adamını elə bir yerdə gördüm ki, dəli olmaq həddinə çatdım və özüm-özümə sual verdim - hətta burda da? ATV-də yayımlanan "Onun yarısı" verilişinə bir neçə dəfə sona qədər baxmağa cəhd etmsəm də, alınmayıb. Bir az baxan kimi bu verilişdə iştirak edənlərin özünə qarşı hörmətsizliyinə mat qalmışam. Görəsən, adam özünü bu qədər aşağılamaq üçün hansı proseslərdən keçir? Ən dəhşətlisi bu verilişdə ərə getməyə gələn qızların bəzisinə naməlum səbəblərdən Zaurun qahmar çıxmasıdır. Sən demə, Zaur da adamın adamı olmağı bacarırmış. O, ötən həftə iştirakçı qızlardan birini çox qəribə tərzdə müdafiə etdi. Əslində özünün də nə istədiyini bilməyən bu iştirakçı çox varlı olduğunu deyir, gah kasıb oğlan, gah varlı oğlan axtardığını söyləyirdi. Görəsən, qızın minlərlə tamaşaçının qarşısında ağzına gələni danışması hansı mentalitetdə, hansı adətdə olub? Yəqin bu da Zaurun mentalitetidir, özünəməxsusdur. Lakin bu da ağrılı deyil, o, Zaurdur, kimi müdafiə edər, nəyə görə müdafiə edər, öz işidir. Çünki dövlətimiz ona ATV boyda imkan yaradıb ki, ürəyi istədiyini desin və eləsin. Amma bu verilişdə ağıldankəm bir qıza saatlarla yalvaran oğlanın sabah hansısa ailəyə başçılıq edəcəyinə, ata olacağına, ər olacağına inana bilmirsən. Yeri gəlmişkən, ata deyərkən mən əsl ATAnı nəzərdə tuturam. Yəni Allah bütün yaratdığı canlılara artma qabliyyəti verib. Doğmaq və ya doğuzdurmaq hələ ata-ana demək deyil. Ќəzərə alaq ki, bəzən ata-ana uşağını, artımını küçəyə, zibilliyə də atır. Onu da nəzərə alaq ki, "Onun yarısı", "Toy olsun" verilişləri gənclərimizə pulsuz paylanan tiryəkdir, narkotikdir. Bu, əslində təkcə gənclərimizə deyil, elə cəmiyyətimizə pulsuz, parasız sırınan bihuşdarıdır. Oxucuların çoxunun evində yaşlı qadınlar var, yəni nənlərimiz. Vaxtilə nəvəsinə corab, əlcək toxuyan nənələrimiz indi telekanallarda nümayiş olunan Meksika, Braziliya seriallarına, "Onun yarısı"na, "Toy olsun"a baxırlar. Babalarımız, yaşlı kişilərimiz səviyyəsiz söz yığını olan meyxana yarışmalarını izləyirlər. Tanıdığım onlarla qarı var ki, baxdığı seriallardan ilhamlanıb nəvəsinə Ancelina, Kross adları verməyə cəhd edirlər. Gənc qızlarımız isə telekanallarda "mavi" stlistlərin qadınlarımızı it kökünə salmalarını izləyib, öz üzərlərində bunu tətbiq etməyə çalışırlar. Bu arada yeniyetmə oğlanlarımız Faiq Ağayevə, Ќadir Qafarzadəyə oxşamağa can atırlar. Bu gəncləri hər 6 aydan bir təmir adıyla dağıdılan yolların yaratdığı işgəncələr o qədər də narahat etmir. Bu qocaları təqaüdlərinin çox azlığı da ilgiləndirməz. Onlar bu narahatlığı ancaq xəstələnib dərman alanda və ya pampersə ehtiyacları olanda yaşayırlar. Və ya işdən evə yorğun gələn gənc atanı, telekanalda nümayiş etdirilən 200 minlik avtomobili Cavanşir Məmmədovun necə alması ilə bağlı suallar o qədər məşğul edir ki, o, artıq uşaqpulunun Milli Məclis tərəfindən yasaq olunmasının səbəbini düşünə bilmir.Arzu ABDULLA[email protected]/* */
OXŞAR XƏBƏRLƏR