Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Ağdamın işğaldan azad olunmasından 6 il ötür
SİYASƏT
00:03 20.11.2026
65
Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür.

AZXEBER.OM-un xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu əzəli torpaqların azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.

Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb.

Azərbaycan Silahlı Qüvvələrinin başqa istiqamətlərdə həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb.

Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4 %-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq
00:16 20.11.2026
Mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq
Qarakənd faciəsindən 35 il ötür
00:08 20.11.2026
Qarakənd faciəsindən 35 il ötür
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
00:03 20.11.2026
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Jalə Həsənli yenidən tələbə oldu: “Öyrənmək istəyim heç vaxt bitməyəcək”
00:01 20.11.2026
Jalə Həsənli yenidən tələbə oldu: “Öyrənmək istəyim heç vaxt bitməyəcək”
Ermənistan və Türkiyə yeni körpü tikməyi planlaşdırırlar
23:57 19.11.2026
Ermənistan və Türkiyə yeni körpü tikməyi planlaşdırırlar
Lənkəranda zəncirvari avtomobil qəzasından sonra iki kənd işıqsız qalıb
23:51 19.11.2026
Lənkəranda zəncirvari avtomobil qəzasından sonra iki kənd işıqsız qalıb
Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub
23:41 19.11.2026
Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub
Minskdə Rusiya və Gürcüstan arasında diplomatik görüş keçirilib
23:20 19.11.2026
Minskdə Rusiya və Gürcüstan arasında diplomatik görüş keçirilib
"Bloomberg": "Avropa üçlüyü" Moskvada Rusiya ilə dialoq imkanını müzakirə edir
23:10 19.11.2026
"Bloomberg": "Avropa üçlüyü" Moskvada Rusiya ilə dialoq imkanını müzakirə edir
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
23:00 19.11.2026
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Putin Trampın G20 sammitinə dəvətinə münasibət bildirib
22:48 19.11.2026
Putin Trampın G20 sammitinə dəvətinə münasibət bildirib
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
22:39 19.11.2026
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
22:28 19.11.2026
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
“Keçmişdə sənətkarlarımız tarlalarda, tövlələrdə konsertlər veriblər” - Əməkdar Artist Elza Seyidcahadan deputata cavab
22:17 19.11.2026
“Keçmişdə sənətkarlarımız tarlalarda, tövlələrdə konsertlər veriblər” - Əməkdar Artist Elza Seyidcahadan deputata cavab
Tramp Putin və Si Cinpinlə keçirilən sammiti uğurlu adlandırıb
22:07 19.11.2026
Tramp Putin və Si Cinpinlə keçirilən sammiti uğurlu adlandırıb
"Rx.Sərdaroğulları Holdinq"in direktoru Türkiyədən Azərbaycana ekstradisiya edildi
22:02 19.11.2026
"Rx.Sərdaroğulları Holdinq"in direktoru Türkiyədən Azərbaycana ekstradisiya edildi