“Keçmişdə sənətkarlarımız tarlalarda, tövlələrdə konsertlər veriblər” - Elza Seyidcahadan deputata cavab

“Keçmişdə sənətkarlarımız tarlalarda, tövlələrdə konsertlər veriblər” - Elza Seyidcahadan deputata cavab
SOSİAL
22:17 19.11.2026
34
Xalq artisti Könül Xasıyevanın Bakıda yerləşən pabların birində muğam ifa etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova da sənətçinin pab açılışında çıxışını təqdir etmədiyini bildirib. Deputat gənclərin muğama maraq göstərməsini müsbət qiymətləndirsə də, sənətçinin pab kimi məkanlarda çıxışını təqdir etmədiyini deyib.
O, sənətkarların çıxış etdikləri məkanlara diqqət yetirməli və sənətin aliliyini qorumalı olduqlarını vurğulayıb.

Müğənni Elza Seyidcahan isə deputatın bu fikirlərinə münasibət bildirərək Könül Xasıyevanı müdafiə edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi bildirib ki, sənətkarın ifa etdiyi məkan səhnəyə çevrilə bilər:

"Həkim xəstəni ancaq həkim otağında müalicə edir? Nəzərdə tutduğunuz, tənqid etdiyiniz məkanda biri can verirsə, əgər həkimə ehtiyacı varsa, onda həkim ora getməsin? Könül xanımın səsi də o məkanda öz missiyasını yerinə yetirib. Onun səsi xalqa məlhəmdir. İncəsənət xalqa məxsusdur. Könül Xasıyevanı tənqid edənlərdən gedib bir vətənpərvər mahnını oxumaq üçün aranjimana pul istəyən kimi qaçıb gizlənərlər. Könül Xasıyevanın elə gözəl səs tembri var ki, həm qadın, həm də kişi sədasıdır sanki. Nadir hallarda olur belə səslər…”

Elza Seyidcahan əlavə edib ki, belə canları yanırsa sənətə, muğama, sənətkara, arzu edək ki, opera səhnəmizdə "Ərəbzəngi” obrazını canlandırsın:

"Heç də gec deyil! Keçmişdə sənətkarlarımız tarlalarda, otlaqlarda, tövlə kimi yerlərdə konsertlər veriblər. Sənətkar harada ifa edirsə, demək, ora səhnədir”. 

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR