Qazaxda avtomobil qəzası zamanı ağır xəsarət alan qadının müalicəsi davam edir.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Qazax rayon, Kəmərli kənd sakini Türkan Mahir qızı Dərgahquliyevanın vəziyyəti ağır olaraq qalır və onun müalicəsi Qazax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil yolunda "Tofaş" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində qadının həyat yoldaşı Sənan Hüseyn oğlu Dərgahquliyev və 6 yaşlı qızı, həmçinin baldızının 6 yaşlı oğlu dünyasını dəyişib.












































