Tbilisinin Poniçala qəsəbəsində partlayışdan sonra yaşayış binasının dağıntıları altından daha bir nəfərin meyiti çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, xilasedicilər hazırda dağıntılar altında qalan 3 nəfərin axtarışını davam etdirirlər.
İlkin məlumata görə, partlayışa binada təbii qazın yığılması səbəb olub.











































