Ağdamın Sarıcalı kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi həyata keçirilib

Ağdamın Sarıcalı kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi həyata keçirilib
HADİSƏ
20:32 12.03.2025
379
Ağdamın işğaldan azad edilmiş ərazilərində 32 il sonra ilk dəfə dəfn mərasimi həyata keçirilib.

Dünyasını dəyişmiş, Ağdam rayon Sarıcalı kənd sakini Arif İsrafil oğlu Cəfərov rayonun işğaldan azad edilmiş Sarıcalı kəndində dəfn edilib.

Qeyd edək ki, rayonun Sarıcalı kəndi yenidən qurulan kəndlərdən biridir. Mərhumun ailəsi yaxın zamanlarda sözügedən kəndə köç edəcək.
 
///APA

OXŞAR XƏBƏRLƏR