Ağdamlı gənclərə ekoloji problemlərdən bəhs olundu - FOTOLAR

Ağdamlı gənclərə ekoloji problemlərdən bəhs olundu - FOTOLAR
Bütün Xəbərlər
00:33 01.05.2015
2043

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunda “Region Gənclərinin Ekoloji Maarifləndirmə Məktəbi” layihəsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Ağdam Musiqi Kollecində gənclərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin İdarə heyətinin üzvü Zahid Əkbərov, Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin sədri Azər Əliyev və başqaları çıxış edərək layihə haqqında məlumat verib, ekoloji problemlər, onların həlli yolları və bu sahədə gənclərin maarifləndirilməsindən, gənclərin üzərinə düşən vəzifələrdən danışıblar. Bildirilib ki, layihənin məqsədi Qarabağ regionunda, əsasən də Ağdam rayonunda yaşayan, fəaliyyət göstərən və ya təhsil alan gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, gəncləri ekologiya (qlobal istiləşmə iqlim dəyişikliyi) sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla, onlar arasında birgə fəaliyyəti həvəsləndirməkdir.

Layihə çərçivəsində gənclərə maarifləndirici materiallar paylanılıb, Quzanlı qəsəbəsində ağacəkmə kampaniyası keçirilib.

OXŞAR XƏBƏRLƏR