Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi

Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
DÜNYA
16:46 19.06.2025
310
Türkiyənin Adana bölgəsində meşə yanğını baş verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə helikopter və iki yanğınsöndürmə təyyarəsi cəlb olunub.
 
Təyyarələrdən biri Seyhan su anbarından su götürdüyü zaman hələlik naməlum səbəbdən gölə düşüb.

Təyyarə pilotu helikopter ekipajına mesaj göndərərək vəziyyətinin yaxşı olduğunu bildirib və kömək istəyib. Əraziyə yaxın olan digər təyyarə eniş edib, eyni zamanda dalğıc polis və göldəki qayıqlar da axtarış-xilasetmə işlərinə qoşulub.
 
Nəticədə biri əcnəbi olmaqla iki pilot göldə tapılaraq xilas edilib və profilaktik məqsədlə xəstəxanaya yerləşdirilib.

Pilotların sağlamlıq vəziyyəti yaxşıdır.
 
Oksana
OXŞAR XƏBƏRLƏR