Ağdaşda yol qəzası olub. Hadisə rayon mərkəzində baş verib. İlkin məlumata görə, iki avtomobilin toqquşması zamanı ikisi qadın olmaqla 3 nəfər yaralanıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. /Unikal