Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə dünən axşam saatlarında Bakı-Şamaxı-Yevlax əsas magistral yolunun 245-ci kilometrliyində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Əhliman Mustafayevin idarə etdiyi “Hyundai” markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə maşın yararsız hala düşüb və sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.