Ağdaşda sərnişin avtobusu qəzaya uğrayıb.
AZXEBER.COM "Unikal"a istinadən xəbər veri ki, hadisə Nemətabad kəndi yaxınlığında baş verib. Biri "Mercedes -Vito" markalı mikroavtobus olmaqla iki maşının toqquşması nəticəsində xəsarət alanlar olub. "Vito"nun Yevlax rayon sakini olan sərnişinlərindən biri İdris Vəliyev yoldan keçən avtomobillərdən biri ilə yaşadığı kəndə, daha sonra isə oradan Yevlax Rayon Xəstəxanasına çatdırılıb. İ.Vəliyev reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, qəzaya uğrayan "Vito" Bakı istiqamətində hərəkət edirmiş. Maşında olan digər şəxslərin durumu və kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.