Ağdaşda sərnişin avtobusu qəzaya uğradı - Yaralılar var

Ağdaşda sərnişin avtobusu qəzaya uğradı - Yaralılar var
HADİSƏ
22:36 02.10.2025
188
Ağdaşda sərnişin avtobusu qəzaya  uğrayıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər veri ki, hadisə Nemətabad kəndi yaxınlığında baş verib. Biri "Mercedes -Vito" markalı mikroavtobus olmaqla iki maşının toqquşması nəticəsində xəsarət alanlar olub. "Vito"nun Yevlax rayon sakini olan  sərnişinlərindən biri İdris Vəliyev yoldan keçən avtomobillərdən biri ilə yaşadığı kəndə, daha sonra isə  oradan Yevlax Rayon Xəstəxanasına çatdırılıb. İ.Vəliyev reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, qəzaya uğrayan "Vito" Bakı istiqamətində hərəkət edirmiş. Maşında olan digər şəxslərin  durumu və kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR