Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Kompyuter Resurs Mərkəzi” tələbələrin istifadəsinə verilib. AZXEBER.COM-un məlumatına görə, mərkəzin yaradılmasında məqsəd tələbələrin semestr imtahanlarının yeni sistem vasitəsilə keçirilməsidir.“Kompyuter Resurs Mərkəzi”nin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları iştirak ediblər. Qonaqlara mərkəzin fəaliyyəti barədə məlumat verilib.