Çadda Zakouma Milli Parkında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Journal du Tchad” informasiya portalı məlumat yayıb.
Qeyd olunub ki, insident kərgədanların izlənilməsi zamanı baş verib. Təyyarə yaxınlıqdakı heyvanı aşkar etmək üçün manevr edərkən qəzaya uğrayıb.
Təyyarədə iki nəfər olub, hər ikisi ölüb. Onlardan biri Cənubi Afrikadan olan pilot, digəri isə qoruğun əməkdaşı olub.