Adəm kimi gəldi, Adəm kimi getdi...

Adəm kimi gəldi, Adəm kimi getdi...
MEDIA
14:03 22.07.2014
1629
Ulucay Akif Çox da yollar buz, qar imiş, 
Fələklər bizə yar imiş, 
Bircə qarış yol var imiş 
Adəmdən Akif Səmədə. 
Bir Adəm, bir sufi, bir nurani dərviş olan Akif Səmədin yolunun bu dünyadan keçən hissəsi 10 il qabaq bitdi. Bu dünyada heç 45 il məsafəlik yol getməyən Akif Səməd Adəmdən yol alıb özünə yol gedirdi. Atamın hər fürsətdə bu dünyada çox qalmayacağını dilə gətirməsini heç zaman anlamırdım. Çox söhbət etməyi sevməyən Akif Səməd həmişə nədənsə narazı görünərdi. 
Hər şeydən qəribə olan isə atamın ölümü gülərək qarşılamağa hazır olması və ölümünün gecikməsindən gileylənməsi idi: Nə qədər dostlarım qabağa düşdü, Gecikir ölümüm,yaman gecikir. Səmti, yönü yaman uzağa düşdü, Kəsibdi yolumu duman, gecikir. Mən atamı itirdikdən sonra Akif Səmədi qazandım. Çünki sağlığında heç vaxt ona Akif Səməd gözü ilə baxmamışdım, baxa da bilməzdim. Atamı 9 yaşında itirən mən bu cür dahi şairi dərk edəcək dərrakəyə sahib deyildim, bəlkə heç hələ də deyiləm. 
Əzbərlədiyim ilk şeiri "Bizlik deyil çıxaq gedək" idi. Bu şeiri ölümündən sonra öyrənmişdim. Məzarı başında o şeirin bir bəndini demişdim ki, hıçqıra-hıçqıra ağlamağa başladım. Həmin gün hiss elədim Akif Səmədi. Həmin gün içimdə duydum onun səsini. Anladım ki, damarımda Adəm olan Akif Səmədin qanı axır. O artıq atam deyildi, o artıq mənim üçün də Akif Səməd idi. Oxuduğum hər şeiri ilə ruhuma, hüceyrələrimə hopurdu. Sonra atamı ən yaxın dostlarının dillərindən, yazılarından və şeirlərindən tanımağa başladım. 
Mən böyüdükcə içimdəki Akif Səməd də böyüdü. Artıq mən də qələmlə dostlaşmışam. Yazdıqlarım onun qələmi ilə müqayisə oluna bilməsə də, qələmlə doğmalaşdığım üçün xoşbəxtəm. İndi isə mənim içimdə Akif Səməd qəlbi döyünür. Mən artıq Ulucay yox Akif Ulucayam. Akif Səmədin qələmi və sözünə layiq olmağa çalışan Ulucay Akif. Tək arzum və məqsədim atam kimi şərəfli və ləyaqətli bir ömür yaşamaqdır. Ölümdən qorxmayaraq, həqiqəti hayqıraraq! Mənim üçün bir gerçək var ki, Akif Səmədi anlayanlar üçün Akif Səməd heç vaxt ölməz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
20:49 04.04.2026
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub
20:31 04.04.2026
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub