Tanınmış hüquqşünas-vəkil Adəm Məmmədovun uzun müddət "Lider-TV"-də efirə çıxan "Hüquq və Ədalət" müəllif verilişi yenidən efirə qayıdır.
AZXEBER.COM xəbər verir ki, hüquqi maarifləndirmə ilə bağlı böyük uğurlara imza atan bu layihə geniş tamaşaçı rəğbəti qazanmışdı...
Adəm Məmmədov özünün FB səhifəsində bu barədə yazaraq yenidən efirə qayıtdığını bildirib: "Tamaşaçıların, dostların xahişini nəzərə alaraq, layihə rəhbəri və aparıcısı olduğum "Hüquq və Ədalət" verlişinin yenidən mavi ekranlara qaytarılmasına qərar verdim. Eyni zamanda bu layihə digər işlərimə maneçilik törətmədiyi üçün çox rahatlıqla həyata keçiriləcək.
Artıq danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Dostlar sağ olsunlar!".
Biz də uğurlar arzulayırıq. Əgər efirlərdə belə maarifləndirici verlişlər çox olarsa, gənclər qanunsuz yollara əl atmaz, cəmiyyətin yararlı vətəndaşı kimi inkişaf edərlər...