Adəm Məmmədov platformasını açıqladı - FOTO

Adəm Məmmədov platformasını açıqladı - FOTO
Bütün Xəbərlər
01:00 17.10.2015
6066

Adəm Məhərrəm oğlu Məmmədovun

seçki platforması

Hüquq sahəsi

-“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq düzəlişlərin edilməsi istiqamətində təkliflərin hazırlanması;

-“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa inklüziv və distant təhsillə bağlı müddəaların daxil edilməsi;

-Azərbaycan Respublikasının Cinayət və Cinayət Prosessual Məcəllələrinə bəzi dəyişiklərin edilməsi məsələsinin irəli sürülməsi;

-Respublikamızda qəbul olunmuş “İcbari tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq olunmasına nail olmaqla, əhalinin pulsuz tibbi yardım almasının həyata keçirilməsi;

-Məhkəmə hakimiyyətinin daha da təkmilləşdirilməsi və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı müdaxilələrin qarşısının alınması istiqamətində təkliflərin verilməsi;

-Bütün hüquq-mühafizə orqanlarının tərkibindən vahid istintaq komitəsinin yaradılması üçün təklifin irəli sürülməsi;

Sosial sahə

-Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi istiqamətində müvafiq layihənin Milli Məclisə təqdim edilməsi;

-Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində yeni-yeni təkliflərin hazırlanması;

-Ölkədə sosial cəmiyyət quruculuğunun səviyyəsinin yüksəldilməsi istiqamətində bürokratiyanın aradan qaldırılması məqsədilə təkliflərin verilməsi;

-Qarabağ müharibəsi əlilləri və iştirakçıları, şəhid ailələrinin sosial müdafiəsi istiqamətində müvafiq təkliflərin verilməsi. Bu kateqoriyadan olan şəxslərin pensiya və sosial müavinətlərinin məbləğinin respublika üzrə orta aylıq əmək haqqının məbləğindən yuxarı olması ilə bağlı müddəanın qanunvericiliyə daxil edilməsi;

-Pensiya və müavinətlərin yüksək həyat səviyyəsinə uyğunlaşdırılması istiqamətində qanun layihəsinin hazırlanıb Milli Məclisə təqdim edilməsi;

-Öhdələrində yaşlı valideynlər və əlillər olan ailələrə sosial və vergi güzəştlərinin verilməsi istiqamətində təkliflərin hazırlanması;

-müəllim və tibb işçilərinin sosial səviyyəsinin yüksəldilməsi sahəsində müvafiq təkliflərlə çıxış etmək;

-Əlilliyi olan şəxsləri işlə təmin edən işəgötürənlər üçün real vergi güzəştlərini və güzəştli kreditlərin verilməsini nəzərdə tutan müddəalarla çıxış etmək;

İqtisadi sahə

-Azərbaycan iqtisadi sahəsində, o cümlədən idxal və ixrac sahəsində inzibati əngəllərin aradan qaldırılması istiqamətində təkliflərin verilməsi;

-Azərbaycanın neft-qaz gəlirlərinin xalq qarşısında hesabat verilməsi yolunda qanun layihəsinin hazırlanması;

-Neft Fondun gəlirlərinin bir hissəsinin Azərbaycanın gələcəyinin inkişafına – elmə, təhsilə, tibbi sərmayə kimi qoyulmasına nail olmaq üçün təkliflərin hazırlanması;

-Korrupsiya və rüşvətin aradan qaldırılması məqsədilə müvafiq təkliflərin təqdim edilməsi;

Adəm Məmmədov 

1980 – Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur.

Təhsili

- Bakı Dövlət Universiteti, beynəlxalq hüquq fakültəsi;

- San-Marino Beynəlxalq Elmlər Akademiyasının Akademik mərkəzinin Azərbaycan filialı, hüquq fakültəsi;

Hal-hazırda Rusiya Dövlət Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsində cinayət hüququ üzrə təhsil alır.

2001-2002-ci illər - Azərbaycan Respublikası MTN-nin SQ çevik bölüyündə hərbi xidmət keçmişdir

Əmək fəaliyyəti

- 2002-2012–AR Ədliyyə Nazirliyi

- 2012-hazıradək – AR Vəkillər Kollegiyasının üzvü

İctimai fəaliyyəti

- “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin həmtəsisçisi və Sədr müavinidir. Vətəndaşların hüquqlarının təmin edilməsi və maarifləndirmə işləri istiqamətində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyəsi ilə 7 (yeddi) layihənin hazırlanması və həyata keçirilməsində hüquqşünas-ekspert kimi fəaliyyət göstərmişdir. Peşəkar və tanınmış vəkil kimi dəfələrlə hüquqları pozulmuş şəxslərin məhkəmə müdafiəsini təmin etmiş və ədalətli məhkəmə qərarların çıxarılmasına nail olmuşdur.

Rütbəsi

- 1-ci dərəcəli ədliyyə qulluqçusu

Sosial vəziyyəti

- Evlidir. 2 övladı var

OXŞAR XƏBƏRLƏR