Ağdərədə tullantı poliqonu yaradılacaq

Ağdərədə tullantı poliqonu yaradılacaq
SOSİAL
19:49 13.06.2025
294
İşğaldan azad edilən Ağdərə rayonu ərazisində yeni məişət və tikinti tullantıları poliqonun inşası həyata keçiriləcək.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, Ağdərə rayonunun inzibati ərazisində həyata keçirilən tikinti, bərpa-quruculuq işlərini daha da sürətləndirmək üçün təhlükəsiz yerdə, şəhər mərkəzindən aralıda bərk tullantılar poliqonu tikiləcək.

Rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 60-65 min kubmetr olacaq. Müvafiq dövlət orqanları ilə poliqonun yerləşəcəyi ərazinin dəqiqləşdirilməsi işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR