Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib - FOTOLAR

Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib - FOTOLAR
SOSİAL
10:54 05.11.2025
299
ADMİU nəzdində Humanitar Kollecdə PHŞ-ın Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 Noyabr — Zəfər Günü münasibətilə konsert proqramı təşkil edilib. 

Tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kollecin altı məzununun xatirəsinin anılması ilə başlayıb. İştirakçılar şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Dekorativ-tətbiqi sənət və Bədii xalça ixtisası tələbələrinin hazırladıqları, Zəfər Gününə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Daha sonra tədbir kollecin akt zalında davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, "düz 5 il öncə, 2020-ci ilin unudulmaz payızında Azərbaycan xalqı bir amal uğrunda — Vətən uğrunda bir yumruq kimi birləşdi. 44 gün ərzində biz əsrlərin həsrət yükünü çiynimizdən atdıq və azadlığa qovuşduq. Bu gün ‘Qarabağ Azərbaycandır!’ sözünü qürurla deyiriksə, bunu şəhidlərimizin qanı, xalqımızın birliyi və Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində əldə etmişik.”
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva da çıxış edib. O bildirib ki, 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunması Prezident İlham Əliyevin xalqımıza ən böyük hədiyyəsidir. "Bu zəfər təkcə torpaqlarımızın azadlığı deyil, milli kimliyimizin və qürurumuzun bərpasıdır. Qələbə, Azərbaycan xalqının birliyi və şəhidlərimizin fədakarlığı ilə mümkün olub.”

Tədbirdə iştirak edən Naxçıvan Musiqi Kollecinin direktoru, əməkdar müəllim Məhəbbət Babayeva və sənət adamı Xədicə Sənanqızı da çıxış edərək, Azərbaycan Ordusunun qəhrəmanlığından və Zəfərin xalqımız üçün mənəvi qürur mənbəyi olmasından danışıblar. Onlar gəncləri vətənpərvərlik ruhuna sadiq qalmağa, sənət vasitəsilə bu dəyərləri yaşatmağa çağırıblar.

Tədbirin bədii hissəsində kollecin müəllim və tələbə heyətinin ifasında "Ritm kompozisiyası”, "Qarabağ havası”, "Vətən, sənə vurulmuşam”, "Azərbaycan”, "Vətən marşı”, "Zəngəzur”, "Zəfər mahnısı”, "Min yaşasın”, "Ey Vətən”, "Anam Azərbaycanım”, "Azərbaycanım mənim” kimi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib ifa olunub.
Kollecin tələbələri Gülçin Tanrıverdiyeva və Canəli Canəliyev isə  Zəlimxan Yaqubun "Qələbə, qələbə, yalnız qələbə” və Asim Yadıgarın "Zəfər yolu” şeirlərini səsləndirərək tamaşaçılara təsirli anlar yaşadıblar.

Tədbir Zəfər Gününə həsr olunan qürur və minnətdarlıq duyğuları ilə yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
22:08 18.06.2026
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO