ADNA-nın yeni rektoru kim olacaq? - Nazirlikdən açıqlama

ADNA-nın yeni rektoru kim olacaq? - Nazirlikdən açıqlama
Bütün Xəbərlər
17:59 29.01.2015
11069

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevin vəfatından sonra akademiyanın yeni rektorunun kim olacağı hələ də sual altındadır.

AZXEBER.COM bu sualla Təhsil Nazirliyinə sorğu ilə müraciət edib. Nazirlikdən bildirilib ki, akademiyanın rektoru müvəqqəti olaraq Vaqif Qurbanova həvalə edilib:"Mövcud qanunvericiliyə görə, dövlət ali təhsil müəssisəsinin rektoru Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur.Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsinin müvəqqəti icrası təhsil nazirinin əmri ilə akademiyanın tədris işləri üzrə prorektoru, professor Vaqif Qurbanova həvalə edilib".

Xatırladaq ki, Azərbaycan Dövlət NeftAkademiyasının rektoru,üzvi kimya sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş, kimya elmləri doktoru Siyavuş Qarayev 2015-ci il yanvarın 2-də dünyasını dəyişib.
Orxan
OXŞAR XƏBƏRLƏR