“Onun kanalında yarıçılpaq qızları görəndə onlara zəng vurdum və bunun nə olduğunu soruşdum”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ilahiyyatçı Elşad Miri, son günlər ölkəmizdə də geniş müzakirəyə səbəb olan Adnan Oktarın (Harun Yahya) Azərbaycandakı qızları ilə bağlı danışıb. O, keçmişdə Adnan Oktarın özü ilə görüşdüyünü və bir müddət sonra onun əslində İslama düşman olduğunun şahidi olduğunu deyib:
“Mən Adnan Oktarı tanımadan öncə onun bir neçə kitablarını tərcümə edib, çap etdirmişdim. Bir müddət sonra mən özüm də onunla görüşdüm. Danışığından, davranışından o məndə həqiqətən də İslamın gözəlliklərini yaymağa çalışan bir adam təəssüratı buraxmışdı. Amma sonra onun Mehdiliklə bağlı söylədiyi fikirləri izlədikdə çox təəccübləndim. Onun kanalında yarıçılpaq qızları görəndə isə onlara zəng vurdum və bunun nə olduğunu soruşdum. Onlar isə mənə bu qızların bədən rəngində paltarlar geyindiyini və İslamın müasirliyini göstərmək üçün bunun vacib olduğunu dedilər. Müəyyən müddət sonra isə, mən onlardan tamamilə uzaqlaşdım. Bəzi qüvvələrAdnan Oktarın adından kitablar yazıb onu məşhurlaşdırıblar. Zamanla Adnan Oktar və onun yandaşları haramla halalı bir-birinə qatıb İslamı məhv etməyə çalışırlar”.
Qeyd edək ki, son günlər Adnan Oktarın Azərbaycandakı qızları ilə bağlı KİV-lərdə xəbərlər dərc olunur. Hətta onların bəzilərinin Azərbaycanda azyaşlı qızları aldadaraq Oktarın icmasına qatması ilə bağlı xəbərlər də yayılıb.