ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLAR

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLAR
SOSİAL
16:49 21.10.2025
157
Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "RİSK-2025” - 7-ci Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, "İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.

Konfrans "AMİR Technical Services” şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-ın Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın açılışında ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edərək bildirib ki, sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunması qlobal əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, bu istiqamətdə elmi əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi, xüsusilə də süni intellekt texnologiyalarının tətbiqi ilə risklərin idarə edilməsinə yeni baxışların formalaşdırılması, gələcək nəsil mühəndislərin hazırlığında mühüm rol oynayır.

ADNSU rektoru qeyd edib ki, "RİSK-2025” konfransı təkcə elmi araşdırmaların mübadiləsi üçün deyil, həm də regional və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsi baxımından mühüm platforma rolunu oynayır. O, konfransın nəticələrinin infrastruktur layihələrinin planlaşdırılması, enerji təhlükəsizliyi və davamlı inkişaf strategiyalarına praktik töhfələr verəcəyinə əminliyini ifadə edib.

Konfransın ümumi sədri, professor Vüqar Əliyev tədbir haqqında ətraflı məlumat verərək qeyd edib ki, builki toplantı risk mühəndisliyinin yeni istiqamətlərini, texnoloji dəyişikliklərin ekosistemlərə təsirini və insan amilinin rolunu müxtəlif aspektlərdən araşdırır.

Daha sonra Proqram Komitəsinin həmsədri, Rusiya Elmlər Akademiyasının Ural Federal Universitetinin Elm və Mühəndislik Mərkəzinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı, professor Svyatoslav Timashev "İnfrastrukturların risk əsaslı dizaynında və istismarında süni intellekt: təhlükələr və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, süni intellektin sənaye sistemlərində tətbiqinin həm potensial təhlükələri, həm də mühüm imkanları barədə elmi arqumentlər irəli sürüb. Timashev qeyd edib ki, risk yalnız təhlükə deyil, eyni zamanda inkişafın zəruri mərhələsidir. O, infrastruktur layihələrinin dizaynında süni intellekt alqoritmlərinin etik və təhlükəsizlik aspektlərinin daha dərindən araşdırılmasının vacibliyinə diqqət çəkib.

London Universitet Kollecinin Risk və Fəlakətlərin Azaldılması Departamentinin rəhbəri, professor İlan Kelman "Seçim nəticəsində fəlakət: ‘Təbii fəlakətlər’ niyə nadir hallarda mövcuddur” mövzusunda çıxış edərək insan qərarlarının fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunu vurğulayıb. O, fəlakət anlayışının çox zaman sosial və idarəetmə problemlərinin nəticəsi olduğunu, risk azaldılmasının isə düzgün planlaşdırma və ictimai davranış modellərinin formalaşdırılmasından asılı olduğunu bildirib.

Siti Universitetinin Qabaqcıl Tədqiqatlar İnstitutunun direktoru, professor Uey Kuo "Təmiz enerji və davamlılıq” mövzusunda çıxışında enerji sistemlərinin gələcək inkişafında alternativ mənbələrin və texnoloji innovasiyaların rolunu təhlil edib. O, davamlı enerji istehsalının həm iqtisadi, həm də ekoloji sabitliyə təsirini elmi faktlarla əsaslandırıb.

Hanoy Vyetnam Milli Universitetinin Siyasət və İdarəetmə İnstitutunun direktoru, professor, Bax Tan SİNH "Vyetnamın Mekonq Deltasında daşqınlarla yaşamaq siyasəti” mövzusunda çıxışında iqlim dəyişikliklərinin Asiya regionunda yaratdığı sosial-iqtisadi təhdidlərə diqqət çəkib. O, hökumət səviyyəsində riskə adaptasiya siyasətinin formalaşdırılmasının vacibliyini qeyd edib.

İtaliyanın Beynəlxalq İrriqasiya və Drenaj Komissiyasının prezidenti, professor Marko Arcieri "İtaliyada böyük bəndlərin risk yönümlü istismarı” adlı məruzəsində iri infrastruktur obyektlərinin təhlükəsizliyinin qiymətləndirilməsində müasir monitorinq və idarəetmə mexanizmlərinin tətbiq təcrübəsini təqdim edib.

Konfrans çərçivəsində gün ərzində risk yönümlü qərar qəbuletmə, ərzaq təhlükəsizliyi və torpaq meliorasiyasında yeni texnologiyalar, həmçinin fəlakət riskləri mövzularında panel və poster sessiyalar da təşkil olunub.
Üç gün davam edəcək "RİSK-2025” konfransının ikinci günündə "Davamlılıq paradiqmasında insan amili”, "Risk və şəhər təhlükəsizliyinin kompleks yanaşması”, "Neft və qaz sənayesində risk və dayanıqlılıq”, eləcə də "Texnoloji risklər və davamlı inkişaf” mövzularında müzakirələr aparılacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür