ADNSU-da “Energynet.LAB” laboratoriyasının açılışı oldu - FOTOLAR

ADNSU-da “Energynet.LAB” laboratoriyasının açılışı oldu - FOTOLAR
SOSİAL
10:46 03.06.2025
680
İyun ayının 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Energynet.LAB” laboratoriyasının açılış mərasimi keçirilib. 

AZXEBER.COM xəbər verir ki, açılış mərasimindən öncə keçirilən görüşdə ali təhsil müəssisələrinin rəhbərləri, sənaye nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Belə ki, tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, "Energynet.LAB” şəbəkəsinin rəhbəri Ruslan Kuznetsov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru, professor Yaqub Piriyev, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, AMEA-nın müxbir üzvü, professor Əminəğa Sadıqov, Energetika Nazirliyinin Elektrik və İstilik Enerjisi Şöbəsinin rəisi Elyasqar Həsənov, "Azərenerji” ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun elmi işlər üzrə direktor müavini Aytək Babayeva iştirak edib.
Həm onlayn, həm də ənənəvi formatda keçirilən görüşdə beynəlxalq tərəfdaşlar — Kazan Dövlət Energetika Universiteti (KGEU), Almatı Energetika və Rabitə Universiteti (AUES), Daşkənd Dövlət Texniki Universiteti (DTTU) nümayəndələri də yer alıblar.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq universitetin beynəlxalq əməkdaşlıq strategiyası haqqında danışıb. O qeyd edib ki, ADNSU müasir dövrün çağırışlarına uyğun olaraq tədris və tədqiqat fəaliyyətini daim təkmilləşdirir: "Energynet.LAB laboratoriyası bu istiqamətdə atılan mühüm addımlardandır. Məqsədimiz elektroenergetika sahəsində innovativ düşüncəyə malik, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək və milli mühəndislik məktəbini daha da gücləndirməkdir. Yerli və xarici tərəfdaşlarla qurulan əməkdaşlıq bu hədəflərə çatmaqda əsas rol oynayacaq”.

Daha sonra "Energynet.LAB” şəbəkəsinin rəhbəri Ruslan Kuznetsov laboratoriyanın məqsədləri, texniki imkanları və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib: "Energynet.LAB” elektroenergetika sahəsində yeni texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və multidissiplinar tədqiqatların aparılması üçün yaradılıb. Bu platforma həm elmi, həm də praktik yönümlü həllərin hazırlanmasına imkan verəcək”.

Görüş "Elektroenergetika sahəsində milli mühəndislik məktəblərinin inkişafı” mövzusunda panel müzakirələrlə davam edib. Təhsil innovasiyaları, yaşıl enerji texnologiyalarının tətbiqi, beynəlxalq elmi əməkdaşlıq və sənaye tərəfdaşlığı istiqamətində geniş fikir mübadiləsi aparılıb, müxtəlif universitet və təşkilatların nümayəndələri təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda "Energynet.LAB” laboratoriyasının rəsmi açılışı baş tutub. Laboratoriya Qazaxıstan, Özbəkistan və Rusiya Federasiyasından olan regional tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qurulub. Qonaqlara laboratoriyanın texniki imkanları, fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, "Energynet.LAB” ağıllı paylanmış enerji sistemlərinə yönəlmiş genişmiqyaslı beynəlxalq "energynet” təşəbbüsünün bir hissəsidir və bu sahədə təhsil, tədqiqat və innovasiya üçün əməkdaşlıq platforması kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyur.

 

 

 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:40 30.10.2026
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
17:28 30.10.2026
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
17:18 30.10.2026
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
17:00 30.10.2026
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
16:33 30.10.2026
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı